Sahin Xelil-Adsiz yol

Sahin Xelil-Adsiz yol
--------------------------​-------
Eyvazın məhkəmə zalındakı nitqi

Qalxdı ayağa danışmaq üçün və danışdı...
- Siz heç avtobusa,metroya minirsiz? Dükanlara gedirsiz? Növbə gözləyirsiz bankomat qarşısında? Palçıqlı küçələrdə yağışa islanıb, söyürsüz cəmiyyəti, küçələri?
Kafedə bir loxma çörək yemək istədikdə, fahişə ofisantkaların murdar əllərini gördükdə çəkilmirmi iştahanız?
Baxmağa, oxumağa bir şey tapırsız?
Təyyarəni ömür boyu səmalarda, bahalı oyuncaqları yaşıdlarının əlində görəcək olan övladınıza "ata, niyə bizim filan şeyimiz yoxdu" sualında cavabı olmayanları düşünmüsüzmü ?
Sizdəmi məcbursuz sünü gülüşlə gəzməyə ? Sizdəmi günün qaraltdığı qara gün ömür payının tükənməsinə tələsirsiz ? Sizdəmi varlığıyla yoxluğunun önəmi olmayan kabussuz mənim kimi ? Sizdəmi azadlığın əsirliyində qula çevrilmisiz ? Günortalar aşiqlərin sevişməsindən qızan
skamyalarda gecələr necə soyuq olduğundan xəbərdarsınızmı ? Ümüdsüzlük tanışmı sizə ?
Yox,sizə xas olan mədəni söyüş olan təsəlli yedirtməyin mənə !
Maşında, kostyumda, kresloda, villa balkonunda gördüyünüz cənnət bizim qəbirstanlıqdı. Dirilər, kabuslar qəbirstanlığı.
Görə bilməzsiz bizi, istəsəz də...Yanımızdan ötsəz də.
Gördüyünüz deja vü kadrlardı keçmişin arxivindən.
Bizim yoxumuzdu sizin üçün var anlayışı arxasında olanlar.Nə maşın, nə pul, nə villa, bağ, xadimə, kəniz, məşuqə, qudurğan uşaq, maniken xanım.
Sizdən fərqli görürük, gəzirik, yeyirik, sevirik və düşünürük.
Evlənmə təklifini romantik etmək üçün Londona bir gecəlik iki bilet almırıq...
Yağışı gözləyirik...
Çəngəlin düz qoyuluşuna fikir vermirik...
Çəngəlsiz yeyirik...
Pulu hara xərcləyim kimi dərdimiz yox...
Pulumuz yox, çünki...
Siz canınız üçün mühafizəçi tutanda,bizləri intihar etməyə qoymur keyfiyyətsiz kəndirlər...
Sizlərlə bizlər arasında elə bir uçurum var ki, o uçurumu illərlə doldursazda dolmaz.
Hər birimiz bir ürək daşıyırıq...
Bu ürəyin necə yandığından xəbəriniz varmı?
Kənardan necə də asan görünür, deyilmi?
Küçələrinizdə gündə bir meyid, tutulan cinayətkarlar...Necə asandı...
Meyid və cinayətkar...
Adlarının önəmi yoxdu, dahasının da heç...
Gedib araşdırmısızmı həyatlarını, yaşamlarını, yediklərini, içdiklərini...
Lənət olsun, lənət!
Heçmi önəmi yox insanlığın?
Hansı it oğlu it gedib boş yerə adam vurar? O cinayətkarsa qapısına vətəndaş kimi getdiyi, iş istədiyi məmurlar kimlərdi? Hə?
Vətəndaşın haqqını yeyib də, əzib də, bundan utanmayıb da, əməllərinə xitam verməyənlər kimlərdi, yoldaş hakim? Kimlər?
Siz adı, tarixçəsi önəmli olmayan bir insanı müddəhim kürsüsünə çıxarıb da, nədən cinayətkar olduğumu soruşursuz, peşman olub-olmamağımı soruşursuz...
Peşmanam, yoldaş hakim!
İnsan olmağıma, vətəndaş olmağıma, dürüst olmağıma peşmanam!
Hə, yadıma bir şey düşdü...
Bolqariyanın paytaxtı haradı?
Önəmi yoxdu, elədi?
Var, var! Coğrafiya müəllimi Sofiya cavabı qarşılığı məktəbdə parta yoldaşım Ənvərə 2 yazmış və əslində paytaxtın Buxarest olduğunu bildirmişdi!
Sizə də mən kiməm suali verilsə cavabı cinayətkar olacaq!
--------------------------​-------
Kitabi yukle:
Azerice - Klikle

0 yorum:

 
BlogOkulu Gadgets