Qaraqan - "A" romani

Qaraqan - "A" romani
--------------------------​-------
O, uca binanın damından aşağı baxırdı. Sevgilisi Əli dünən avtomobil qəzasında ölmüşdü. Əli 10 ilin idmançısı , yeni yaranmış rock qrupun başçısı idi. Bir neçə universiteti bitirmiş və öz biznesini qurmuşdu. Əgər Ayselə desəydilər ki , sabah Eifel qülləsini Tokyoya aparacaqlar, o inanardı. Amma desəydilər ki, sabah Əli öləcək, Aysel gülümsəyib deyərdi “ Deyəsən siz mənim sevgilimi yaxşı tanımırsınız – ölüm özü ondan qorxur”. Lakin Əli ölmüşdü. Aysel də onun yanına hazırlaşırdı. O uzundaban ayaqqabılarını çıxarıb damın qırağına yaxınlaşdı. Son məktubunu anasının yastığının üstünə qoymuşdu. Yazmışdı ki, Əlinin yanına gedir. Hər zaman çıxdıqları damdan. Əli ilə bu dama tez-tez çıxardılar. Birlikdə şəhərin gözəl mənzərəsinə saatlarla tamaşa edib danışardılar. İndi Əli yoxdu. Əlisiz Ayselin də həyatı ola bilməzdi. Çantasını qırağa qoyub damın kənarına çıxdı. Diqqətlə aşağı baxdı , insanlar nöqtə kimi görünürdü. Onu sevgilisindən cəmi bircə addım ayırırdı. Elə o addımı atmaq istəyəndə sol tərəfdə nə isə bir qaraltı gördü. Bu başqa bir qız idi. Saçları səliqə ilə yığılmış mavi köynəkli bir qız. O ağlayırdı. Deyəsən o da özünü atmaq istəyirdi.
Qız Ayseli görüb bir addım da kənara yaxınlaşdı. Aysel də özünü atmaq istəyirdi. Amma bu qız.. Bu qız.. Onun burda olması yersiz idi..Əgər polis gəlib desəydi ki, “özünü atma” Aysel o dəqiqə tullanardı. Əgər Valideynləri desəydi, fikirləşmədən atılardı. Bu qız da nə isə desəydi Aysel özünü öldürəcəkdi. Amma o heç nə demirdi. O Ayseli elə bil ki, heç görmürdü. Başı özünü atmağa qarışmışdı. Aysel gücünü toplayıb tullanmağa hazırlaşdı. Amma yox..Alınmır..Heç cürə fikrini toplaya bilmirdi. O qız ..O qız..!! Növbəti dəfə Aysel cəhd edəndə qız qışqırdı: - Axı niyə ? Ay Allah niyə ? Rahat ölmək də olmaz?! Burada da insanlar mənə mane olur ?!!! Aysel diksinib geri çəkildi. Görəsən o qız niyə özünü öldürmək istəyir? Niyə ? Bu Ayseli maraqlandıran sonuncu şey idi. Ona görə soruşdu: - Sən niyə özünü öldürmək istəyirsən ? Qız Ayselə tərs-tərs baxıb dedi : - Sənə qalmayıb. Sən kimsən ki, mənə sual verirsən. Özü də mənə mane olursan. Sən burada olanda özümü ata bilmirəm. Mənim sevgilim dünən avtomobil qəzasında ölüb. Mən də onun yanına gedirəm. Aysel çaşdı. Bu xəbər onu doğrudan da təəccübləndirdi. Ola bilməzdi! Belə təsadüf ola bilməz. Aysel dedi : - Mənim də sevgilim dünən avtomobil qəzasında ölüb. Qız ona diqqətlə baxıb ağzı açılı qaldı: - Ola bilməz. Dünən avtomobil qəzasında bir nəfər ölüb o da mənim Əlim. Aysel bir addım geri çəkildi. Bütün bədəni əsməyə başladı. - Necə yəni ? Sən niyə bu dama çıxmısan? Niyə məhz bu dama? Qız əlini üzünə tutub ağlamağa başladı. - Biz Əli ilə həmişə bu dama çıxardıq. O mənə yenicə yazdığı mahnıları oxuyardı. Bəsdir məni saxlatdın – bu sözləri deyib qız bir addım da kənara yaxınlaşdı. Onda Aysel qızın əlindən tutub onu geri çəkdi: - Dayan bir dəqiqə. Nə mahnıları? Sən kimdən danışırsan? Qız dizləri üstə yıxıldı, saçları üzünə töküldü. Sakitcə dedi: - Mən Əlidən danışıram. Mənim sevgilim Əlidən. Onun rok qrupu var idi- Fırtına. Mənə də mahnı yazmışdı, “Leyla”…mənim adım Leyladır. O həmişə mənə bu mahnını oxuyardı. Ayselin gözləri doldu: - Ola bilməz! Əli mənim sevgilimdir. Onun Fırtına qrupu var. Amma Leyla mahnısını heç kimə yazmayıb. Leyla dedi: - Bağışla, bilirəm sən kimsən, amma görürəm ki, sənin özünü öldürməyə səbəbin daha çoxdu. Sən dəlisən!!! Əli mənim sevgilimdir. Bu üzüyü də o mənə verib. Bir ay əvvəl nişanlanmışdıq. Aysel dözməyib ağlamağa başlayır. Hadisələrin bu qədər qarışıq bir vəziyyətə gəlməsini o təsəvvür edə bilməzdi. - Necə yəni ? Bir ay əvvəl o İstanbula getmişdi. Mən özüm onu yola salışdım. Leyla kinayə ilə gülümsədi : - Biz İstanbulda nişanlanmışıq. Amma görürəm ki, o Bakıda da boş durmayıb. Mənim sevglimi əlimdən almaq istəyirdin? Bilə- bilə ki, onun nişanlısı var yenə də onunla gəzirdin ? Aysel dedi : - Əli, mənim sevgilim idi. Amma hər şey çox qarışdı. Nə isə bir səhv baş verib. Neçə il onu tanıyırsan ? Leyla: - Üç il tamam olacaq. Biz həftənin cüt günləri bu dama çıxardıq. Tək günləri işə gedəri. Aysel : - Mən də onunla bir ildir tanışam. Onunla tək günlər görüşürdüm. Cüt günlər güya işi var idi. Amma əslində səninlə görüşürdü! O bizim ikimizi də aldadırdı. Leyla : - Əclaf !!! Keçən həftə demişdi ki, yeni mahnı yazmaq istəyir adı “Aysel” . Sənin adın nədi ? Aysel başı ilə təsdiqlədi. Leyla dedi : - Deməli ikimizlə də oynayırdı. Əclaf! Mən də ona görə özümü atmaq istəyirdim. Alçaq!! Yalançı ! Fırıldaq! Deyirdi ki, evlənəcəyik .Özü də sənin kimi qızlarla fırlanırdı. Leyla damın ortasında oturub dizlərini qucaqlayıb ağlamağa başladı: - Hhh..hhh … Həmişə belə olur. Gözəl oğlanlar sadəlöv qızları aldadır. Necə ona inanırdım? Elə bilirdim ki, ən yaxşı oğlan odur. Elə bilirdim ki, sevir məni. Amma əslində yalançının biri idi. O mənə layiq deyildi. Zibil ..Yaxşı oldu, öldün. Yaxşı oldu sənə..Məni oyuncaq kimi oynadırdın. Aysel də hönkürüb ağlamağa başladı. Bir anın içində bir illik sevgisi nifrətə çevrilmişdi. O Əliyə nifrət edirdi. Əli ona layiq deyildi. Onu aldatmışdı. Zibil yerinə qoymuşdu. Aysel göz yaşlarını silib ayağa qalxdı. Sonra Leylaya baxıb dedi: - Axmaqlıq eləmə ! Özünü atma ! O buna layiq deyil ! Sonra çantasını götürüb yavaş –yavaş pilləkənləri enməyə başladı. Addım səsləri getdikcə uzaqlaşıb blokun sükuta qarışdı. Bir az da gözləyəndən sonra Leyla gözlərini silib gülməyə başladı. Bu an telefonuna zəng gəldi. - Alo - Alo Nərgiz , haradasan, qızım ? - Damdayam, ata . Binamızın damında. - Nə edirsən orada ? Düş gəl evə . - Heç , quşlara baxırdım. İndi gəlirəm. Nərgiz telefonu bağladı. Əslində Nərgiz bu binanın sonuncu mərtəbsində qalırdı. Hər dəfə damlarına kimsə çıxanda evlərindəki çilçıraq əsirdi. Nərgiz bir ildən çox idi ki, eyvanlarında oturub, həmişə damlarına çıxan iki gəncin söhbətini dinləyirdi. Onlar Nərgizi tanımasalar da Nərgiz onlara çox bağlanmışdı. Dünən televizorda Əlinin öldüyünü eşidəndə bildi ki, Aysel yenə bu dama qalxacaq. Qalxacaq ki, özünü atsın. Ona görə Nərgiz belə bir nağıl fikirləşdi. Düzdü, Əli yaxşı oğlan idi. Damlarında oxuduğu mahnılar da, Ayselə dediyi sözlər də, danışdığı əhvalatlar da çox maraqlı idi. Amma Ayselin yaşaya bilməsi üçün o Əliyə nifrət etməli idi. Ayseli güclə də damdan qırağa çəkmək olardı. Amma o bu yenidən dənəyərdi. Alınana qədər. Bu nağıldan sonra isə o bir də özünü öldürmək istəməz. O daha Əliyə görə ağlamayacaq. Onun yanına getmək istəməyəcək. Həyatını yenidən başlayıb Əlini kiçik bir səhv kimi unudacaq. Bəlkə belə daha yaxşıdır ? Bəlkə itirməkdənsə nifrət etmək daha yaxşıdır ? Bilmirəm. Bircə onu bilirəm ki, bəzən tanımadığımız insanlar bizə bizdən də yaxın olur

--------------------------​-------
Kitabi yukle:
Azerice - Klikle

32 yorum:

Mister Habibli dedi ki...

super hekayə. Amma bir şeyi başa düşmədim, hekayə QaraQar'a məxsusdu ya Sadiq'ə? çünki mən "A" romanını oxumuşam, amma orada belə hekayə yoxdu

Unknown dedi ki...

bu Qaraqanin A romani deyil sadece Qaraqanin yazdigi kicik hekayelerden biridi )

asel dedi ki...

Bu QAraqanin a roanidi ve eladi

Nergiz dedi ki...

Bu A romani deyil. Men oxumuwam A romanini.

Adsız dedi ki...

Roman deyil bu ayrI bir hekayedi

Adsız dedi ki...

A romanini esgerlikde oxumuwdum maraqli romandi.bu meqale a romaninin giriw hissesindedi

Adsız dedi ki...

Dosdum qismete salam

Adsız dedi ki...

cox tesirli bir romaniymis ilk defedi oxuyurdum cox xosum geldi

Adsız dedi ki...

Qaraqan superdi

Unknown dedi ki...

Super

Adsız dedi ki...

Cox yaxwidi

Adsız dedi ki...

Yaxşı hekayədi...bu gün evakuasiya romanın oxuyub qurtardım əla romandı..ünumiyyətlə qaraqan ağıllı insandı məncə yaşlna görə çox çoxxx ağıllıdı...məntiqinə söz ola bilməz

Sadiqov ELCIN dedi ki...

bu qaraqqanin a romani deyil basqa yazdiqi kitabdi

Adsız dedi ki...

Superr

Adsız dedi ki...

A romanini oxumusam bele bir sey yoxdu

Unknown dedi ki...

Qaraqan.... heyatimda ilk defedi her kesden ferqli dusunen insani menen deyisen bir sexs taniyiram sene heyranam

Adsız dedi ki...

Elxan Zeynallı.ilk ve son

Adsız dedi ki...

Şərhsiz

Unknown dedi ki...

roman pis deyil amma herşey tez bazar oldu ele bil

Adsız dedi ki...

əla romandı

Unknown dedi ki...

Qaraqanin a romanini mece oxuya bilerem ??

simralseyran dedi ki...

Qaraqan superdi👍

Adsız dedi ki...

Play store'də yazsanız gələcək, oxumusam əla romandır

lumiere dedi ki...

cox gozel hekayedir. oxumusdum birde oxudum

Adsız dedi ki...

oxumamiwam. indi oxuyacam

Hemo dedi ki...

Superdi

Unknown dedi ki...

Kodlawdirlimiw mewe daha gozeldi.

Unknown dedi ki...

eladi

Unknown dedi ki...

super hekayedi))


Unknown dedi ki...

Men bu usagin "heyvanlasma" merakini basa duse bilmirem de :) ele iki sozunden biri budu ki "heyvanlar boyuyende ata anasini atib gedi,biz niye omur boyu ata anaya borclu olmaliyiq???"
"Heyvanlarin olkesi dovleti yoxdu bizim niye var?"
"Heyvanlar esgerlik etmir biz niye edirik"
"Ermeni ve azerbaycanlinin hec bir ferqi yoxdu"

Genclerin beynini qarisdirmaqdan basqa is gormur bu adam..belke bunu qesden edir,belke de ele oz beyni qarisiqdi,nese axtarir amma tapa bilmir..

Roman maraqli olmagina maraqli idi,amma menasiz idi...en eseblesdiyim seydi de,yarimciq qutaran kitablar ve filmler -_-

Unknown dedi ki...

he.O kitabda ele sozler yox idi

Unknown dedi ki...

he.O kitabda ele sozler yox idi

 
BlogOkulu Gadgets