İsa Muğanna – “CəhənnəM”
---------------------------------
"Cəhənnəm" deyilən doğrudan da varmı, ya yoxdur? Varsa, ömrü onsuz da işgəncələr içində
keçən insanı bir daha, özü də daimi əzaba salmağa hansı vicdansız yaradıcıya lazım olub? Və ya
cəhənnəm yoxdursa, bir para adamın dediyi kimi, insanı bəd əməldən çəkindirmək, qorxutmaq
üçün Din uydurmasıdır. Elə isə bir ağıllı və məntiqi sual da doğur ki, əgər bu "qır qazan"lı,
"Odabaşı"lı dəhşət həqiqətən uydurulmuş yalandırsa, "Mif"dirsə artıq iyirmi birinci əsrə qədəm
qoymuş "sivilizasiya"lı bəşəriyyətdə bircə nəfər alim-filan tapılmayıb ki, "Cəhənnəm”in doğrudan
davarlığını və ya "mif"liyini sübut etsin?! Bu qəbildən sual axtarsan yenə tapılar.
Mən isə,
Cəhənnəmin varlığı, yoxluğu və sairə suallar üzərində düşünməkdən canımı çoxdan qurtarmışam
və birbaşa deyirəm, var Cəhənnəm! Vaxtilə mərhum Muğannalardan eşitdiyim, sonra özümün,
necə deyərlər, öz gözümlə gördüyüm əzab-işgəncə məkanını bütün təfsilatı ilə yazmağa hazıram...
Və yazıram, oxuyun. Şübhə yoxdur ki, Cəhənnəm haqqında həqiqət hamıya lazımdır...
---------------------------------
Kitabi yukle:
Azerice - Klikle
0 yorum:
Yorum Gönder