Qaraqan etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Qaraqan etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

Qaraqan - "A" romani

Qaraqan - "A" romani
--------------------------​-------
O, uca binanın damından aşağı baxırdı. Sevgilisi Əli dünən avtomobil qəzasında ölmüşdü. Əli 10 ilin idmançısı , yeni yaranmış rock qrupun başçısı idi. Bir neçə universiteti bitirmiş və öz biznesini qurmuşdu. Əgər Ayselə desəydilər ki , sabah Eifel qülləsini Tokyoya aparacaqlar, o inanardı. Amma desəydilər ki, sabah Əli öləcək, Aysel gülümsəyib deyərdi “ Deyəsən siz mənim sevgilimi yaxşı tanımırsınız – ölüm özü ondan qorxur”. Lakin Əli ölmüşdü. Aysel də onun yanına hazırlaşırdı. O uzundaban ayaqqabılarını çıxarıb damın qırağına yaxınlaşdı. Son məktubunu anasının yastığının üstünə qoymuşdu. Yazmışdı ki, Əlinin yanına gedir. Hər zaman çıxdıqları damdan. Əli ilə bu dama tez-tez çıxardılar. Birlikdə şəhərin gözəl mənzərəsinə saatlarla tamaşa edib danışardılar. İndi Əli yoxdu. Əlisiz Ayselin də həyatı ola bilməzdi. Çantasını qırağa qoyub damın kənarına çıxdı. Diqqətlə aşağı baxdı , insanlar nöqtə kimi görünürdü. Onu sevgilisindən cəmi bircə addım ayırırdı. Elə o addımı atmaq istəyəndə sol tərəfdə nə isə bir qaraltı gördü. Bu başqa bir qız idi. Saçları səliqə ilə yığılmış mavi köynəkli bir qız. O ağlayırdı. Deyəsən o da özünü atmaq istəyirdi.
 
BlogOkulu Gadgets